aze rus eng
 
Faydalı məlumatlar

Əlillərin hüquqları haqqında konvensiya

Psixi sağlamlıq sahəsində milli strategiya

Psixiatriya yardımı haqqında Azərbaycan Respublikasının Qanunu

ətraflı oxu
XƏBƏRLƏR
01.05.2019
Psixofarmakologiyaya müasir yanaşma

01-04 may, 2019-cu il tarixində AR SN Psixi Sağlamlıq Mərkəzində Psixofarmakologiyaya müasir yanaşma mövzusunda 4 günlük təlim keçirilmişdir. Mərkəzin psixiatrları Aydan İsmayılova və Ülkər Məmmədova mövzular haqqında ətraflı, interaktiv şəkildə çıxış etmişdirlər. Təlimdə respublikanın müxtəlif bölgələrindən psixiatr və nevroloqlar iştirak etmiş, sonra sertifikatla təltif edilmişdirlər. Bu təlim akkreditasiyadan keçirilmişdir və iştirakçıları 12 kreditlə təmin edir. Say etibarilə təlim 2-cidir, əvvəl AR 1 saylı Respublika Psixiatriya Xəstəxanasında təşkil edilmişdi. Yaxın zamanlarda yeni mövzularla eyni təlimin yenidən təşkil edilməsi nəzərdə tutulmuşdur. 

daha ətraflı ->
10.01.2019
Tomas Şultzun təqdimatında ConliGen təqdimatı

10 yanvar, 2019-cu il tarixində AR SN PSM təşkilatçılığı və dəvətilə Almaniyadan dəvət edilmiş professor Tomas Şultz tərəfindən Litium preparatının bipolyar affektiv pozuntunun müalicəsindəki rolu mövzusunda treninq keçirilmişdir. 

Dünya üzrə Litium tədqiqatçıları litium reaksiyasının genomunu toplamaq məqsədilə litiuma cavablarına görə xarakterizə olunan 1,995-dən çox bipolyar affektiv pozuntu diaqnozlu xəstədən ibarət ən geniş bipolyar xəsətələr qrupunu yaradiblar (Litiuum Genetika Konsorsium adlı) (www.ConLiGen.org) Və ConLiGen tədqiqatına qoşulmaq üçün sizi də dəvət edir. (və ya ConLiGen Dünyada litium tədqiqatçılarının səylərini birləşdirməyə dəvət edir.)

daha ətraflı ->
06.08.2018
31-ci ECNP Konqresi, Barselona

6-9 oktyabr, 2018-ci il tarixində İspaniyanın Barselona şəhərində 31-ci ECNP Konqresi baş tutmuşdur. Konqresdə AR SN Psixi Sağlamlıq Mərkəzinin həkim-psixiatrları- Aynur Musayeva, Kəmalə Talıbova, Səbinə Babayeva, Ülkər Məmmədova, Səbinə Rəşidova, Günel Əliyeva iştirak etmişdir. Affektiv xəstəliklər zamanı neyroimmun sistemin fəaliyyəti, qlütamat və ağır depressiya, hippokampın neyrogenezi, rezistent OKP zamanı farmakoloji müalicə kimi mövzular konqresin əsas müzakirə məsələləri olmuşdur.

daha ətraflı ->
06.06.2018
Azərbaycan və İsraildə psixiatriya xidmətinin təşkilati və hüquqi aspektləri Beynəlxalq Konfransı

6 İyul 2018-ci ildə ölkəmizdə və İsraildə psixiatriya yardımının təşkil edilməsi mövzusunda beynəlxalq konfrans təşkil edilmişdir. Konfrans, Səhiyyə Nazirliyinin Psixi Sağlamlığı Mərkəzi, Azərbaycanda milli psixoloji siyasət və psixi sağlamlıq sahəsində xidmətlərin təşkili, İsraildə psixi sağlamlıq xidmətlərinin hüquqi aspektləri və s. mövzular müzakirə edilmişdir. İsrail Dövlətinin Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Dan Stav tədbiri açıq elan etmişdir. Müxtəlif mövzularla yanaşı, Bakı şəhəri baş psixiatrı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin direktoru, professor Fuad İsmayılov, PSM direktor müavini Rüstəm Salayev, Səhiyyə Nazirliyinin baş psixiatrı , professor Teymur Qafarov, İsrail PSM direktor müavini Dr. A. Teitelbaum, doktor M. Kalyan, Beynəlxalq Azərbaycan-İsrail Assosiasiyasının baş direktoru Lev Spivak və başqaları psixiatriyaya dair müxtəlif mövzularla çıxış etmişdir.

daha ətraflı ->
29.06.2018
1-ci Şərqi Avropa Qida Davranışı Pozuntuları Şəbəkəsi üzrə Beynəlxalq ikidilli Konfrans

2018-ci il, EEEDN Konfransı qida davranışı pozuntuları üzrə Yeni Müstəqil dövlətlərdə keçirilən ilk ikidilli beynəlxalq konfransdır. Konfransda Finlandiya, Norveç, İspaniya və Birləşmiş Krallıqdan aparıcı mütəxəssislər iştirak edəcəklər.

daha ətraflı ->
03.03.2018
26-cı Avropa Psixiatriya Konqresi

3-6 mart, 2018-ci il tarixində Fransanın Nis şəhərində 26-cı Avropa Psixiatriya Konqresi həyata keçirilmişdir. Konqresin mövzüsu Psixi Sağlamlıq - inteqrasiya, innovasiya və individualizm olmuşdur. Tədbir zamanı yeni yanaşma üsulları tələb edən müharibə, terrorizm, iqtisadi mıəhdudiyyət və bu kimi digər mürəkkəb problemlərin araşdırılması, öyrənilməsi və profilaktikasına dair yeni texnologiyaların və tədqiqat nəticələrinin inteqrasiyası mövzusuna xüsusi əhəmiyyət verilmişdir. Konqresdə bütün dünyadan psixi sağlamlıq sahəsində çalışan bir çox mütəxəssislər iştirak etmişdir. Azərbaycanı təmsil edənlər arasında Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyliylə yanaşı, AR SN Psixi Sağlamlıq Mərkəzinin direktoru professor Fuad İsmayılov və mərkəzin Reabilitasiya şöbəsinin müdiri Röya Əliyeva yer almışdır. 

daha ətraflı ->
03.02.2018
Inklüziv Rəqs Metodu

Fevral, 2018-ci il tarixindən etibarən AR SN Psixi Sağlamlıq Mərkəzinin Reabilitasiya şöbəsində DanceAbility dərslərinə başlanıldı. Bu dərslər zamanı iştirakçılar rəqs vasitəsilə "danışmağı" öyrənirlər. Hər dərs unikal şəkildə struktura malikdir. Dərslər elə şəkildə qurulmuşdur ki, buarada hər kəs bir-birindən öyrənir, təcrübə əldə edir, nəticədə öz kompozisiyasını yarada bilir. Məşqlər duet, trio və ya bütün qrupla aparılır. DanceAbility dərslərinin məqsədlərindən biri reabilitasiya keçən şəxslərə ünsiyyətin yeni növlərini öyrətməkdən ibarətdir.

daha ətraflı ->
16.03.2018
Şərqi Avropa gənc psixiatrlarının birinci konqresi

Konqressin məqsədi Şərqi  Avropa ölkələrində ixtisaslaşmış tibbi yardım göstərilməsinə müxtəlif yanaşmaların, psixi vədavranış pozuntularının yaranması, inkişafı, müalicəsi və profilaktikasına dair müasir fundamental təsəvvürlərin müzakirəsi olmuşdur. Elmi-praktik tədbirdə iştirak üçün praktik iş stajı 10 ilə qədər olan həkim-psixiatr və narkoloqlar, səhiyyə təşkilatçıları, tibbi xidmət sahəsində çalışan digər şəxslər dəvət edilmişdir. Psixi Sağlamlıq Mərkəzindən həkim-psixiatrlar Cəmilə İsmayılova və Rüstəm Salayev iştirak etmişdir. Cəmilə İsmayılova və Rüstəm Salayevin çıxış mövzuları müvafiq olaraq "Remissiya dövründə olan ağır psixi xəstələrin dəstəkləyici terapiyaya ehtiyacının analizi" və "Psixi sağlamlıq sahəsində müasir texnologiya vasitələrinin istifadəsi (sosial şəbəkə və qacetlər)".

daha ətraflı ->
16.01.2018
İntihar xəbərlərinin insan psixologiyasına təsiri

Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin direktor müavini Rüstəm Salayev deyir ki, hazırda internet, sosial şəbəkələr insanları rahatlıq tapmağa imkan vermir və onlar bu vasitə ilə mənfi məlumatları daha tez alır. Psixiatrın sözlərinə görə, depressiyada olan, özünə qapanan insan son məqamda intiharı seçə bilər. Buna görə, biz öz yaxınlarımıza qarşı diqqətli olmalı, depressiya əlamətləri gördükdə həyəcan təbili çalmalıyıq.

daha ətraflı ->
07.12.2017
İnsan alverindən xilas olanlar üçün psixososial yardım

7-9 dekabr, 2017-ci il tarixində İnsan alverinə həsr edilmiş treninqlər çərçivəsində İnsan alverindən xilas edilmiş şəxslərə psixososial yardım adlı növbəti görüş baş tutmuşdur. Görüşdə Aazərbaycanın müxtəlif bölgələrindən psixiatr və psixoloqlar, AR SN Psixi Sağlamlıq Mərkəzinin klinik psixoloqları Aygün Sultanova və Günel Vəliməmmədova, Təcili Psixoloji Yardım şöbəsinin müdiri psixiatr Kəmalə Talıbova, sosial işçi Aynur Hacıyeva iştirak etmişdir. 

daha ətraflı ->
20.11.2017
ÜST Avropa Regional Bürosunun Psixi Sağlamlıq Proqramı

ÜST Avropa Regional Bürosu Qeyri-infeksion xəstəliklər şöbəsi "Həyat kursu", "Psixi Sağlamlıq" proqramı vasitəsilə "Təcrübə mübadiləsi üzrə müzakirələr; İrəliləmə planı" adlı görüş təşkil etmişdir. Görüş ÜST-nın psixi pozuntusu olan və Avropa regionunda yaşayan yetkin şəxslərə dair layihəsi çərçivəsində 20-21 noyabr, 2017-ci il, Portuqaliya, Lissabon Qlobal Psixi Sağlamlıq İnstitutunun təşəbbüsü ilə baş tutmuşdur.

Görüşün məqsədi layihənin qiymətləndirmə mərhələsində mənimsənilməsi və sonrakı addımlar haqqında məlumat verilməsidir. Görüşdə 13 iştirakçı ölkədən milli komanda, Avropa Piker İnstitutunun əməkdaşları, ÜST-nın Baş ofisi və Avropa Regional Bürosunun üzvləri iştirak etmişdir. Azərbaycanı AR SN Psixi Sağlamlıq Mərkəzinin direktoru prof.Fuad İsmayılov təmsil etmişdir.

daha ətraflı ->
16.12.2017
Respublika Ümumpsixiatriya Konfransı

1saylı Respublika Psixiatriya Xəstəxanasında 16 dekabr, 2017-ci il tarixində Respublika Ümumpsixiatriya Konfransı təşkil edilmişdir. Konfrans 1saylı RPX-nın baş həkimi A.R.Rəsulov tərəfindən açıq elan edilmişdir. Tədbir zamanı Azərbaycan Psixiatriya Assosiasiyasının Prezidenti prof.Nadir İsmayılov,  prof. Teymur Qafarov, psixiatrlar Kazımov Ə.Ə., Əsədullayev A., Tağıyev M., həmçinin AR SN Psixi Sağlamlıq Mərkəzinin direktoru prof.Fuad İsmayılov, direktor müavini Rüstəm Salayev, klinik psixoloq Aygün Sultanova çıxış etmişdirlər. Məruzə mövzuları psixi pozuntudan əziyyət çəkən şəxslərin hüquqlarının ÜST tərəfindən qiymətləndirilməsi, affektiv xəstəliklərin müasir müalicə üsulları, əllilərin hüquqları üzrə BMT təsdiqi mövzuları olmuşdur.

daha ətraflı ->
20.10.2017
Neyropsixofarmakologiya üzrə növbəti ECNP seminarı, Tbilisi, Gürcüstan

20-22 oktyabr, 2017-ci il tarixində Gürcüstanın paytaxtı Tbilisi şəhərində növbəti neyropsixofarmakologiya üzrə ECNP seminarı təşkil edilmişdir. Seminarda Gürcüstan, Azərbaycan və Ermənistandan psixiatrlar iştirak etmişdir. Azərbaycanı 8-i AR SN Psixi Sağlamlıq Mərkəzində işləyən 11 nəfərlik komanda təmsil etmişdir. 2 gün davam edən görüş zamanı psixozların yeni müalicə üsulları və antipsixotiklər, klinik tədqiqatın aparılma qaydaları və digər mövzular haqqında məlumat verilmişdir. Bütün iştirakçıılar apardıqları tədqiqata həsr edilmiş prezentasiya ilə çıxış etmiş və hər mövzu ətrafında müzakirələr aparılmışdır.

daha ətraflı ->
10.10.2017
Beynəlxalq Psixi Sağlamlıq Günü

10 oktyabr 2017-ci ildə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzində Ümumdünya Psixi Sağlamlıq Gününə həsr olunmuş konfrans keçirilmişdir. Tədbirdə Psixi sağlamlıq sahəsinin aparıcı mütəxəssisləri, Ədliyyə və Fövqəladə Hallar Nazirliklərin nümayəndələri, Ümümdünya Səhiyyə Təşkilatının ölkədaxili ofisinin və bir sıra ictimai təşkilatların nümayəndələri iştirak etmişdirlər. 

daha ətraflı ->
02.10.2017
Beynəlxalq Qeyri Zorakılıq Günü

Hər il 2 oktyabr tarixi dünyada Beynəlxalq Qeyri Zorakılıq Günü kimi qeyd edilir. Psixi Sağlamlıq Mərkəzinin əməkdaşları zorakılıqla mübarizəyə xüsusi həssaslıqla yanaşır və daim bu mövzuya həsr edilmiş tədbirlərdə iştirak edirlər.

02 oktyabr, 2017-ci il tarixində Psixi Sağlamlıq Mərkəzinin direktor müavini, həmçinin Ailə Yardım Mərkəzinin direktoru, psixiatr Rüstəm Salayev və uşaq psixiatrı Nərmin Quliyeva Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Həssas əhali qruplarının sosial iqtisadi hüquqlarının təmin edilməsində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” mövzusunda geniş təqdimatla çıxış etdilər. Onlar çıxış zamanı məişət zorakılığı və onunla mübarizə, “Azərbaycanda yuvenal ədliyyə islahatı məqsədilə uşaq psixi sağlamlığı üzrə müasir xidmətlərin sınaqdan keçirilməsi"  layihəsi çərçivəsində bu istiqamətdə həyata keçirilmiş işlər mövzusunda ətraflı məlumat təqdim etmişdirlər.

daha ətraflı ->
30.09.2017
Azərbaycanda yuvenal ədliyyə islahatı məqsədilə uşaq psixi sağlamlığı üzrə müasir xidmətlərin sınaqdan keçirilməsi

30 sentyabr və 1 oktyabr 2017- tarixlərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzində “Azərbaycanda yuvenal ədliyyə islahatı məqsədilə uşaq psixi sağlamlığı üzrə müasir xidmətlərin sınaqdan keçirilməsi"  layihəsi çərçivəsində növbəti treninq keçiriləcəkdir. Treninqdə Autizm haqqında məlumat, onun diaqnostik meyarları, autizmli uşaq böyüdən ailələrə psixoloji yardım və s. haqqında ətraflı məlumat veriləcəkdir. Treninq həkim-psixiatrlar Nərmin Quliyeva və Rüstəm Salayev? psixoloq Günel Vəliməmmədova tərəfindən aparılacaqdır.

İştirak etmək istəyənlər 29 sentyabr 11:00-a qədər qeydiyyatdan keçə bilər. 

daha ətraflı ->
02.09.2017
30-cu ECNP Konqresi

ECNP Konqresi sinir sistemi xəstəliklərinə dair Avropada hər il təşkil olunan ən böyük tədbirdir. Hər il beyin xəstəlikləri və onların müalicə üsulları, bu sahədə əldə edilmiş yenilikləri müzakirə etmək üçün bu Konqresdə bütün dünyadan 4000-6000 nəfər psixiatr, neyrobioloq, nevroloq və psixoloq iştirak edir. ECNP Konqresi insan davranışı, təfəkkürü, emosiyaları kimi sferaları əhatə edən fundamental elmlərdən klinik yardıma qədər geniş bir mövzuya dair ən son yenilikləri bölüşmək üçün təşkil olunmuş ilk tədbirdir.

Bu il Konqress 2-5 sentyabr, Fransanın paytaxtı Paris şəhərində tşəkil edilmişdir. Konqresdə Azərbaycanı Psixi Sağlamlıq Mərkəzinin həkim-psixiatrları Cəmilə İsmayılova, Kəmalə Talıbova, Rüstəm Salayev və Röya Əliyeva təmsil etmişdir.

 

 

daha ətraflı ->
15.06.2017
Avropa regionlarında psixi pozuntusu olan şəxslərlə bağlı ÜST tərəfindən hazırlanmış layihə

Avropa regionlarında psixi pozuntusu olan şəxslərlə bağlı ÜST tərəfindən hazırlanmış layihə əsasında belə pasiyentlərin stasionarda saxlanma şəraitinin qiymətləndiriliməsi həyata keçirilmişdir. Qiymətləndirmə üçün ÜST-nın QualityRights Tool Kit tətbiq edilmişdir. Layihənin üzvləri AR SN PSM direktoru, professor Fuad İsmayılov, həmin mərkəsin psixoloqları Aygün Sultanova və Günel Vəliməmmədova, psixiatr Cəmilə İsmayılova və Qumru Əhmədova olmuşdur.

daha ətraflı ->
22.06.2017
Uşaqlara qarşı zorakılığın aşkarlanması, Tibbi-Psixoloji Yardımın Göstərilməsi işinin gücləndirilməsi və imkanların genişləndirilməsi

22-23 iyun, 2017-ci il tarixində İSİM tərəfindən "Məişət zorakılığının qarşısının alınması üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planı"na əsasən uşaqlara qarşı zorakılığın önlənməsi istiqamətində görülmüş işlər və uşaq zorakılığının aradan qaldırılması layihəsi çərçivəsində təqdimatla Azərbaycan və Gürcüstan səhiyyə əməkdaşları müxtəlif məruzə və təqdimatlarla çıxış etmişlər.

daha ətraflı ->
18.05.2017
Psixiatriya xəstəxanalarında çalışan tibb bacıları arasında stiqmanın araşdırılması və azaldılmasına dair treninq

18-19 may, 2017-ci il tarixlərində Şəki və Gəncə şəhərlərində Psixiatriya xəstəxanalarında çalışan tibb bacıları arasında stiqmanın araşdırılması və azaldılmasına dair treninq keçirilmişdir. Treninqin rəhbəri AR SN Psixi Sağlamlıq Mərkəzinin direktor müavini Rüstəm Salayevdir.

daha ətraflı ->
 1   2  
HAQQIMIZDA XİDMƏTLƏR QALEREYA METODİK-TƏŞKİLİ ŞOBƏ XƏBƏRLƏR FAQ ƏLAQƏ
saytlarin hazirlanmasi iş elanları