aze rus eng
 
Faydalı məlumatlar

Əlillərin hüquqları haqqında konvensiya

Psixi sağlamlıq sahəsində milli strategiya

Psixiatriya yardımı haqqında Azərbaycan Respublikasının Qanunu

ətraflı oxu
İnam Telefon Xətti (012) 566 50 61

İnam telefon xətti nədir?

İnam telefon xətti - böhranlı vəziyyətin yaranması və inkişafı zamanı insanlara psixososial yardım göstərən xidmətdir.

Zəng edənlərə göstərilən əsas yardım növləri hansılardır?

Böhrana müdaxilə - təhlükənin qiymətləndirilməsi,intihar və digər təhlükəli əməllərin qarşısını almaq üçün telefonla qisa müddətli psixoterapevtik müdaxilə.

Psixoloji konsultasiya - Psixososial problemli və digər həssas qrup insanlara məsləhətlərin verilməsi və ya ikincili profilaktikanın aparılması

İxtisaslaşmış qurumlara yönləndirilmə - Yardım göstərən digər qurumlarla əlaqə və kömək alınması  mümkün olan digər qurumlar haqqında məlumatlandırma

Məlumatlandırma  - mərkəzin və diqər müəssisələrin rejim, ümümi iş prinsipləri və apardığı müayinə-müalicə növləri barəsində məlumat verilməsi.

"İnam Telefon Xətti"-nə kimlər və hansı saatlarda zəng edə bilərlər?

"İnam Telefon Xətti"- nə psixoliji dəstəyə və konsultasiyaya ehtiyyacı olan hər bir şəxs saat 09:00-dan 17:00-ra qədər həftənin bazar və bayram günləri cixmaq şərti ilə müraciyyət edə bilər.

"İnam Telefon Xətti"-nə zəng edənlərin anonimliyi qorunur?

Bəli! "İnam Telefon Xətti"-nə zəng edənlər öz barəsində məlumatları heç bir məcburiyyət olmadan könüllü şəklində bildirir və anonimliyi qorunur.

Hansı nömrəyə  zəng etmək lazımdır? Bu xidmət pulsuzdur?

İnam Telefon Xəttin nömrəsi  +994 12 566 50 61. Bu xidmət tamamilə PULSUZDUR!

HAQQIMIZDA XİDMƏTLƏR QALEREYA METODİK-TƏŞKİLİ ŞOBƏ XƏBƏRLƏR FAQ ƏLAQƏ
saytlarin hazirlanmasi iş elanları